Nazif Tunç

Bioqrafiya/Biography/биография

1964-cü ildə Tekirdağ, Malqarada dünyaya gəlib.1981-ci ildə Ədirnə Uzunkörpü Liseyini bitirən Tunç, 1982-ci ildə İstanbul Universitetində İletişim Fakültəsində təhsil almağa başlayıb. 1985-ci ildə Türkiyə Qəzetində kino və teatr haqqında məqalələr yazır və 1986-da Tarık Buğranın “Quruluş Osmancıq” serialında ssenarist köməkçisi kimi işləyib. “Gözəl ölüm”, “Malazgird”, “Bayrağın Dalğalandığı Yer” kimi radio tamaşalarının ssenarilərini yazan Tunç 1988-də “Milli Mübarizə Romanının Kinoya Adaptasiyası” mövzusunda elmi məqalə yazıb. 1990-cı ildə Yücel Çakmaklını rejissorluğu ilə çəkilə “Qurdoğlu – Osmanlı Bədəl İstəyir” filminin ssenarisini yazıb və “Qurdoğlu – Bu Yola Baş Qoyduq” filmində rejissor kimi çalışıb. 1991-ci ildə TGRT televiziyasında serial və kino rejissoru kimi işə başlayan Tunç, 1992-2002 illəri arasında “Qonşular, Çətin Hədəf, Tirvana, Mihra- li” seriallarının və bir çox filmlərin rejissorluğunu edib. Eyni zamanda Türkiyə Mədəniyyət Nazirli- yinin Kinoya Dəstək İdarə Heyətinin üzvü və Film Prodüserləri Həmkarlar İttifaqında İdarə Heyətinin üzvüdür.