Kulmendeev Taalaibek

Bioqrafiya/Biography/биография

Qırğızıstan Kinematoqrafçılar İttifaqının sədri TAALAİBEK KULMENDEEVİN tərcümeyi-halı Taalaibek Kulmendeev Qırğızıstandan olan kinorejissor, prodüserdir. O, “Ak İlbirs” Mərkəzi Asiya kinematoqrafiya sənətləri Assosiasiyasının prezidenti, “Ak İlbirs” milli kino mükafatının təsisçilərindən biri və Qırğızıstanın “Oskar”mükafatı üçün seçim Komitəsinin koordinatorudur. 1967-ci ildə Qırğızıstanın İssık-Kul bölgəsində anadan olub. 2002-2004-cü illərdə Rosebud yeni Avropa Film və televiziya Akademiyasında (Roma, İtaliya) təhsil alıb.

1988-1992-ci illərdə “Katarsis” (Qazaxıstan) Yaradıcılıq İstehsalat Birliyində və “Saltanat”studi- yasında film istehsalı üzrə idarəçi və menecer vəzifəsində çalışıb.

1992-2002-ci illərdə milli istehsal Fonduna rəhbərlik etmiş, eyni zamanda Qırğızıstan Dövlət Televiziya və radio korporasiyası sistemində reklam və marketinq Agentliyində kinorejissor və prodüser olmuşdur.

O, Respublika Kino Evinin direktoru və “Qırğızfilm” Milli kinostudiyasının rəhbəri, Qırğızıstan Kinematoqrafçılar İttifaqının sədri olub.