İsmət Arasan

Bioqrafiya/Biography/биография

1959-ci ildə Çatalcada doğulmuşdur. 1980-ci ildə “İstanbul Bələdiyyəsi Təpəbaşı Sınaq Səhnəsi Kursu” ilə peşə təhsili başlamış, daha sonra “Dostlar Teatrı” məktəbindən, 1985-də MSÜ Kino-Televiziya fakültəsindən məzun olaraq davam etmişdir.

1980-1988-ci illərdə Suha Arın, Halit Refiğ, Okan Uysaler, Kartal Tibetin müxtəlif filmlərində rejissor köməkçisi olaraq işləyib. Səsləndirən, mətn müəllifi və rejissor olaraq bir çox sənədli filmə imza atıb.

Əsasən sənədli film istiqamətində ixtisaslaşmışdır. Filmləri xarici ökələrdə müxtəlif festivallarda iştirak nümayiş etdirilib və mükafatlara layiq görülüb. Müxtəlif məktəb və qurumların kino-tele- viziya fakültələrində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

“Anadolunun kilidi Afyon”, “Bərəkətin torpağı Adana”, “Çağdaş Kəloğlan nağılları” kimi filmlərin müəllifidir.