Cəmil Quliyev

Bioqrafiya/Biography/биография

Cəmil Elşad oğlu Quliyev 1963-cü ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Moskva şəhərində Ümumittifaq Kinematoqrafiya İnstitutunu kinorejissor ixtisası üzrə (SSRİ Xalq Artistləri A. Alov və V. Naumovun emalatxanası) bitirib. 1984-cü ildən “Azərbaycanfilm” kinostudi- yasında quruluşçu rejissor kimi çalışıb, bir çox sənədli və bədii filmlərə quruluş verib. Cəmil Quliyevin quruluş verdiyi filmlər Fransa, İsveç, Türkiyə, Rusiya, Gürcüstan, Çexiya, Rumıniya və s. ölkələrdə Beynəlxalq festivallarda iştirak edib. 1987-ci ildə şöbəsinin filmlərini qeydə alınması, təbliği və yayımı sektorunun müdiri olmuşdur. 2019-2020-ci illərdə “Azərbaycanfilm” kinostudi- yasının direktoru vəzifəsində çalışmışdır.

1990-cı ildən Beynəlxalq Kinematoqrafiya Konfederasiyasının, 1996-cı ildən Azərbaycan Jurnal- istlər İttifaqının, 2010-cu ildən Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki və üzvüdür. 2009-cu ildə Beynəlxalq Muzeylər Şurasının (İCOM) üzvü seçilmişdir. “Cansıxıcı əhvalat”, “Şirbalanın məhəbbəti” kimi filmlərin rejissorudur.